Türkiyənin müdafiə naziri: NATO-ya alternativ bir təşkilata ehtiyac yoxdur

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ bir təşkilata ehtiyac yoxdur Türkiyə İraq və Suriyadakı son terrorçu öldürülənə qədər əməliyyatlara davam edəcək.
Region
10 İyul , 2024 15:13
Türkiyənin müdafiə naziri: NATO-ya alternativ bir təşkilata ehtiyac yoxdur

Türkiyə İraq və Suriyada son terrorçu öldürülənə qədər əməliyyatlara davam edəcək.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ABŞ-nin “Politico” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə İraq və Suriya sərhədləri boyunca 30- 40 kilometr dərinliyində təhlükəsizlik dəhlizi yaratmaqda və bölgəni terrorçulardan tamamilə təmizləməkdə qətiyyətlidir.

Nazir onu da deyib ki, Avropa İttifaqı (Aİ) üzvlərinin NATO-nun “təhlükəsizlik çətiri”ndən kənarda alternativlər axtarması ittifaq daxilindəki həmrəyliyə ziyandır.

O bildirib ki, Avropa-Atlantik məkanında ən təsirli təhlükəsizlik təşkilatı NATO-dur: “Avropa öz təhlükəsizlik imkanlarını gücləndirməlidir. Amma başqa bir təşkilata ehtiyac yoxdur”.

Son xəbərlər

Orphus sistemi