Türkiyə prezidenti: “Türkiyə və Rusiya “S-400” zenit-raket sistemi ilə bağlı müqavilə imzalayıb”

Türkiyə prezidenti: “Türkiyə və Rusiya “S-400” zenit-raket sistemi ilə bağlı müqavilə imzalayıb” Rəcəb Tayyib Ərdoğan: “İnşallah, “S-400” zenit-raket kompleksini ölkəmizdə görəcəyik”
Region
25 İyul , 2017 16:57
Türkiyə prezidenti: “Türkiyə və Rusiya “S-400” zenit-raket sistemi ilə bağlı müqavilə imzalayıb”

Bakı. 25 iyul. REPORT.AZ/ "Türkiyə Rusiyanın “S-400” zenit-raket sistemini əldə etməyə yaxındır, artıq müqavilə imzalanıb".

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki toplantısında bildirib.

“Bütün addımlar atılıb. Sənədlər və müqavilə imzalanıb. “İnşallah, “S-400” zenit-raket kompleksini ölkəmizdə görəcəyik”, - R.T.Ərdoğan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi