Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşdırılması haqda sənəd imzalanıb

Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşdırılması haqda sənəd imzalanıb Sənəd Türkiyə Böyük Millət Məclisində və İsrail hökumətində təsdiqlənəndən sonra qüvvəyə minəcək
Region
150
28 İyun , 2016 12:21
Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşdırılması haqda sənəd imzalanıb

Bakı. 28 iyun. REPORT.AZ/ Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşdırılması haqda sənəd imzalanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, sənədi Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu Ankarada, İsrail Xarici İşlər Nazirliyinin baş katibi Dore Qold isə Təl-Əvivdə imzalayıb. 

Sənəd Türkiyə Böyük Millət Məclisində və İsrail hökumətində təsdiqlənəndən sonra qüvvəyə minəcək. 

Qeyd edək ki, əldə edilən razılaşmaya görə, İsrail 2010-cu ildə "Mavi Mərmərə" hadisəsi zamanı həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Bundan başqa İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzrə istəyib. Bundan başqa, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi emvbarqonu yumuşaldacaq.  

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu ilin mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etmişdi. Nəticədə Türkiyənin 9 vətəndaşını öldürmüşdü. 

Son xəbərlər

Orphus sistemi