Türkiyə ilə Aİ arasında qeyri-qanuni miqrasiya ilə bağlı danışıqlar aparılacaq

Türkiyə ilə Aİ arasında qeyri-qanuni miqrasiya ilə bağlı danışıqlar aparılacaq Avropa İttifaqına (Aİ) sədrlik edən Çex Respublikasının Baş nazirinin birinci müavini, daxili işlər naziri Vit Rakuşan qanunsuz miqrasiya ilə mübarizə problemlərinə dair Aİ ölkələri və Türkiyənin daxili işlər nazirlərinin görüşünə hazırlıq işləri görür.
Region
7 Oktyabr , 2022 08:19
Türkiyə ilə Aİ arasında qeyri-qanuni miqrasiya ilə bağlı danışıqlar aparılacaq
Courtesy İmage

Avropa İttifaqına (Aİ) sədrlik edən Çex Respublikasının Baş nazirinin birinci müavini, daxili işlər naziri Vit Rakuşan qanunsuz miqrasiya ilə mübarizə problemlərinə dair Aİ ölkələri və Türkiyənin daxili işlər nazirlərinin görüşünə hazırlıq işləri görür.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqına sədrlik edən Çex Respublikasının Baş naziri Petr Fiala məlumat verib.

“Türkiyə Aİ-də miqrasiya ilə bağlı mövcud problemlərin həllində müəyyən dərəcədə açar rolunu oynayır. Bu açar təkcə Türkiyənin qeyri-qanuni qaçqınları saxlaması ilə bağlı deyil. Türkiyənin miqrasiyanın gəldiyi ölkələrdə vəziyyətin tənzimlənməsinə təsir etmək imkanı var”, - deyə, o bildirib.

Baş nazir bildirib ki, Çexiya qeyri-qanuni miqrantların ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün Slovakiya ilə sərhəddə yoxlamaları müvəqqəti bərpa edib:

“Slovakiya ilə sərhədlərdə nəzarətini gücləndirərək, biz digər mexanizmləri də işə saldıq, o cümlədən Şengen sərhədlərinin mühafizəsini yaxşılaşdırdıq”.

Son xəbərlər

Orphus sistemi