Türkiyə hökuməti Çexiyada terrorçunun sərbəst buraxılmasına münasibət bildirib - YENİLƏNİB

Türkiyə hökuməti Çexiyada terrorçunun sərbəst buraxılmasına münasibət bildirib - YENİLƏNİB Bəkir Bozdağ: "Bu, Türkiyəyə qarşı terror fəaliyyətinə dəstək qərarıdır"
Region
168
27 Fevral , 2018 17:01
Türkiyə hökuməti Çexiyada terrorçunun sərbəst buraxılmasına münasibət bildirib - YENİLƏNİB

Bakı. 27 fevral. REPORT.AZ/ “Bu qərar terror qruplaşmalarına dəstək xarakteri daşıyır”.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini, hökumətin sözçüsü Bəkir Bozdağ terrorçu PYD-nin liderlərindən biri olan Salih Müslümün Praqa məhkəməsinin qərarı ilə sərbəst buraxılmasına münasibət bildirərkən deyib.

“Bir çox ölkə PYD-nin əliqanlı bir terror qruplaşması olduğunu bilir. Türkiyədə onun bir çox qanlı cinayətlərdə əli var. Belə qərarlar siyasi olur. Bu, Türkiyəyə qarşı terror fəaliyyətinə dəstək qərarıdır. Biz qəti şəkildə mübarizəmizə davam edəcəyik. Terrorların və terror qruplaşmalarının rəngi, dili, dini və milli mənsubiyyəti olmaz”, - o vurğulayıb.


*** 15:02

Praqa Şəhər Məhkəməsi terrorçu PKK qruplaşmasının Suriyadakı PYD adlı qolunun liderlərindən biri Salih Müslümün sərbəst buraxılması barədə qərar qəbul edib.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Çexiyadakı səfiri Ahmet Necati Bigalı bildirib.

“Bu, gözləmədiyimiz bir qərardır. Türkiyədə ötən illərdə bir çox terror aktlarının törədilməsində iştirak etmiş Salih Müslümün belə sərbəst buraxılmasını məyusluqla qarışılayırıq. Qərardan məmnun deyilik. Bu qərar cinayətkarların ekstradisiyası ilə bağlı Avropa Konvensiyasını təhqir edib. Bu, hüququn təhqir olunmasıdır. Təəssüf ki, Çexiya Məhkəməsi ikitərəfli əlaqələrimiz, müttəfiqliyimizə əks qərar qəbul edib. Bu qərarın ikitərəfli əlaqələrə mənfi təsiri ola bilər. Salih Müslüm sərbəst buraxılıb, istədiyi yerə gedə bilər", - o deyib. 

Son xəbərlər

Orphus sistemi