Türkiyə Gürcüstanda birgə hərbi müəssisələr yarada bilər

Türkiyə Gürcüstanda birgə hərbi müəssisələr yarada bilər Gürcüstan və Türkiyə arasında birgə hərbi müəssisələrin yaradılması ilə bağlı müzakirələr aparılır.
Region
146
21 Avqust , 2021 10:48
Türkiyə Gürcüstanda birgə hərbi müəssisələr yarada bilər

Gürcüstan və Türkiyə arasında birgə hərbi müəssisələrin yaradılması ilə bağlı müzakirələr aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Müəssisələrin qurumun “Delta” elmi-texniki mərkəzinin bazasında yaradılması təklif olunur. Məsələ Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin türkiyəli həmkarı Hulusi Akar və Türkiyənin iri hərbi sənaye şirkətlərinin rəhbərləri ilə İstanbulda baş tutan “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunub.

Nazirlər ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq istiqamətlərini də nəzərdən keçiriblər. Tərəflər həmçinin çoxmillətli hərbi təlimlərin, beynəlxalq missiyalarda birgə faydalı iştirakın və NATO ilə əməkdaşlığın əhəmiyyəti barədə də fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi