Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrini yeni loqistik avadanlıqlarla təchiz edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Gürcüstan ordusunun loqistika imkanlarının təkmilləşdirilməsi məqsədilə Türkiyənin “Hıdromek” şirkətinə məxsus 8 mini ekskavator-yükləyici traktor təqdim olunub.
Texnikanın təhvil-təslim mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Türkiyə səfiri Ali Kaan Orbay iştirak ediblər. Onlar yeni avadanlıqlara baxış keçirib və imkanları ilə tanış olublar.
Loqistika avadanlıqlarının təhvil verilməsi 2019-cu ildə Gürcüstan və Türkiyə arasında imzalanmış hərbi maliyyə əməkdaşlığı sazişi çərçivəsində həyata keçirilib. Avadanlığın dəyəri 404 824 ABŞ dolları təşkil edir.