Türkiyə Egey və Aralıq dənizlərində genişmiqyaslı hərbi təlimə başladı

Türkiyə Egey və Aralıq dənizlərində genişmiqyaslı hərbi təlimə başladı "Dəniz canavarı“ iyunun 5-də başa çatacaq
Region
134
25 May , 2021 11:24
Türkiyə Egey və Aralıq dənizlərində genişmiqyaslı hərbi təlimə başladı

Türkiyənin Hərbi Dəniz Qüvvələri mayın 25-də Egey və Aralıq dənizinin şərqində “Dəniz canavarı-2021” (“Denizkurdu-2021”) adı altında hərbi təlimlərə başlayıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, təlimdə 25 500 şəxsi heyət, 132 gəmi, 10 sualtı qayıq, 43 təyyarə, 28 helikopter və 14 pilotsuz uçuş aparatı iştirak edir. Bu da 2021-ci ilin martında keçirilən “Mavi Vətən” təlimindən sonra Egey və Aralıq dənizinin şərqində keçirilən növbəti ən geniş tərkibli hərbi tədbirdir. Quru və hava qüvvələri ilə yanaşı, təlimdə Türkiyənin Qızıl Aypara Cəmiyyəti və 10 ictimai təşkilatla da əməkdaşlıq ediləcək.

Tədbirin sonunda 83 hərbi gəmi Egey və Aralıq dənizinin şərqində 22 limana yan alacaq. Koronavirus tədbirləri çərçivəsində əvvəlki illərdən fərqli olaraq bu il gəmilərə vətəndaşlar buraxılmayacaq.

"Dəniz canavarı“ iyunun 5-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi