Türkiyə və ABŞ arasında ticarət dövriyyəsi 100 milyard dollara çatdırılacaq

Türkiyə və ABŞ arasında ticarət dövriyyəsi 100 milyard dollara çatdırılacaq Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək ABŞ-ın maliyyə naziri Canet Yellen ilə görüşəcək.
Region
15 İyul , 2023 11:02
Türkiyə və ABŞ arasında ticarət dövriyyəsi 100 milyard dollara çatdırılacaq

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək ABŞ-ın maliyyə naziri Canet Yellen ilə görüşəcək.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, Türkiyə ilə ABŞ arasında NATO-nun Vilnüs Zirvə Toplantısı ilə başlayan yaxınlaşma prosesinin həm iqtisadiyyat, həm də ticarət sahəsində yeni əməkdaşlığa qapı açacağı gözlənilir. Bu çərçivədə diqqət iyulun 17-18-də Hindistanda keçiriləcək G20 Xəzinə-Maliyyə Nazirləri toplantısına yönəlib. Xəzinə və maliyyə naziri Mehmet Şimşək toplantı çərçivəsində ABŞ maliyyə naziri Canet Yellen ilə görüşəcək.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə keçirilən NATO Sammiti çərçivəsində görüşdüyü liderlərdən biri də ABŞ prezidenti Cozef Bayden olub. Ərdoğan-Bayden görüşündən sonra iki ölkə arasında bir çox sahədə əməkdaşlığı ehtiva edən yeni dövrün qapılarının açılması gözlənilir. Baydenin “İki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatması üçün böyük fürsət var” ifadəsini işlətdiyi də bildirilir.

Hindistanda da bu çərçivədə Mehmet Şimşək amerikalı həmkarı Canet Yellen ilə ikitərəfli görüş keçirəcək. Görüş zamanı iki ölkə arasında iqtisadi və ticari əməkdaşlıq imkanlarının inkişafı istiqamətində atılacaq addımların müzakirə ediləcəyi gözlənilir. İki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması hədəflənir. Bu çərçivədə iş dünyasının təşəbbüsləri ABŞ-ın Türkiyəyə investisiyalarını artırmağa davam edir. Sentyabrın 19-da ABŞ-da Türkiyə İnvestisiya Konfransı keçiriləcək. Şimşəkin bu görüşdə Amerikalı investorlarla görüşü və sualları cavablandırması planlaşdırılır. Görüşdə ABŞ investorları və türk şirkətləri də bir araya gələcək.

Son xəbərlər

Orphus sistemi