Türk Dövlətləri Təşkilatı Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatı Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb Türk Dövlətləri Təşkilatı (TDT) Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb
Region
16 Sentyabr , 2022 15:40
Türk Dövlətləri Təşkilatı Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatı (TDT) Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

“Report” xəbər verir ki, Təşkilatın bəyanatında qeyd olunub:

“Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Qırğızıstan-Tacikistan dövlət sərhədində davam edən silahlı qarşıdurmadan böyük narahatlığını ifadə edərək dərhal atəşkəs əldə etməyə və mübahisələrin danışıqlar masası ətrafında siyasi və diplomatik yollarla həllinə çağırır.

TDT mülki şəxslərə və mülki infrastruktura, o cümlədən dövlət məktəblərinə qarşı ağır hərbi silahlardan istifadə edərək hücumu pisləyir və maksimum təmkin çərçivəsində insidentin qarşısını almaq və mövcud dinc vasitələrlə gərginliyi azaltmaq üçün təcili addımlar atmağa çağırır.

Vəziyyəti yaxından izləyən TDT, qurucu üzvü Qırğızıstanın vəziyyətin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəklədiyini bildirir və Mərkəzi Asiyada daimi sülh və sabitlik üçün danışıqların vacibliyini xatırladır.

Ümid edirik ki, danışıqlar sonucunda iki tərəf arasında fikir ayrılıqları və etimadsızlıq aradan qalxacaq və etimadın yaradılması üçün lazımi addımlar atılacaq”.

Son xəbərlər

Orphus sistemi