Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli iki dövlət arasında siyasi, iqtisadi-ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Səfəri regional miqyasda mühüm hadisə adlandıran Tokayev onun iki dövlət arasında əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib.
“Səfəriniz Qazaxıstan və Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm təkan verəcək”, - Tokayev qeyd edib.
Öz növbəsində Kleverli rəsmi Astana və London arasında əlaqələrin müsbət dinamikaya malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Böyük Britaniya bu ölkədə aparılan siyasi islahatları müsbət qiymətləndirir.