Tokayev: İƏT ilə TDT arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar var

Region
  • 21 may, 2025
  • 12:59
Tokayev: İƏT ilə TDT arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar var
Kasım-Jomart Tokayev

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Türk Dövlətləri Təşkilatı (TDT) arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar var.

"Report"un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə danışıb.

“Ötən il təsərrüfat sahəsində 2.5 milyard dollarlıq xarici ticarət reallaşdırmışıq”, - deyə o əlavə edib.

Qazaxıstan Prezidenti hesab edir ki, ortaq əməkdaşlıqlar əlaqələrin genişlənməsinə böyük töhfə verir:

“Beynəlxalq layihələr həyata keçirə, elm cameəsini, tələbələri bir yerə toplaya bilərik. Türk dünyası daxilində mədəni fəaliyyətlərin də artırılmasına ehtiyac var”.

Son xəbərlər

Bütün Xəbər Lenti