​TƏŞ-in baş katibi: "Bu bölgdə heç kim Rusiya ilə Türkiyə arasında gərginliyin olmasını istəmir"

​TƏŞ-in baş katibi: "Bu bölgdə heç kim Rusiya ilə Türkiyə arasında gərginliyin olmasını istəmir" Ramil Həsənov: "Qırğızıstanla Azərbaycan Rusiya və Türkiyə arasındakı böhranın başa çatmasını istəyir"
Region
4 Fevral , 2016 11:06
​TƏŞ-in baş katibi: Bu bölgdə heç kim Rusiya ilə Türkiyə arasında gərginliyin olmasını istəmir

Bakı. 4 fevral. REPORT.AZ/ "Qırğızıstanla Azərbaycan Rusiya və Türkiyə arasındakı böhranın başa çatmasını istəyir. Türkiyə bizim üçün qardaş dövlətdir. Rusiya isə uzun illər əməkdaşlıq etdiyimiz ölkədir".

"Report" xəbər verir ki, bunu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TƏŞ) baş katibi Ramil Həsənov "Anadolu" agentliyinə müsahibəsində bildirib.

"Bu bölgdə heç kim Rusiya ilə Türkiyə arasında gərginliyin olmasını istəmir. Nazirlər iki ölkə arasındakı böhranın aradan qalxmasını, əlaqələrin düzəlməsini istəyir. Bunun bölgə xalqlarına xeyir verəcəyini düşünürlər",- deyə o, vurğulayıb.

Xatırladaq ki, Ramil Həsənov ötən gün Bişkekdə Qırğızıstanın elm və təhsil naziri Elvira Sarıyeva, xarici işlər naziri Erlan Abıldayevlə görüşüb.

Qeyd edək ki, ötən ilin noyabrında Rusiya Mədəniyyət Nazirliyi TÜRKSOY-la (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) əməkdaşlığı dayandırıb. Ölkənin mədəniyyət naziri Vladimir Medinski Altay, Başqırdıstan, Saxa (Yakutiya), Tatarıstan, Tuva, Xakasiyanın hökumət başçılarına TÜRKSOY-la təmasların təcili olaraq dayandırılması ilə bağlı məktub göndərib.

Son xəbərlər

Orphus sistemi