Türkiyədə terrorçu qruplaşmaların başçılarının tutulması haqda əmr verilib

Türkiyədə terrorçu qruplaşmaların başçılarının tutulması haqda əmr verilib Bu əmr terrorçuların 48 üzvünə şamil edilir
Region
22 Noyabr , 2016 16:19
Türkiyədə terrorçu qruplaşmaların başçılarının tutulması haqda əmr verilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu il fevralın 10-da Ankaranın Merasim küçəsində törədilən terrorda şübhəli bilinən terrorçu PKK qruplaşması və onun Suriyadakı qollarından biri PYD-nin başçılarının tutulması haqda Türkiyənin uyğun dövlət qurumu əmr verib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu əmr terrorçuların 48 üzvünə şamil edilir.

İnformasiyaya əsasən, onların arasında PKK-nın Avropadakı başçılarından Zübeyr Aydar və Remzi Kartal, bu terrorçu qruplaşmanın Suriyadakı qollarından biri, PYD-nin başçısı Salih Müslim, PKK-nı idarə edənlərdən Cemil Bayık, Murat Karayılan və Fehman Hüseyn də var.

Qeyd edək ki, onlar hərbçilərə məxsus avtomobilin keçdiyi küçəyə partlayıvcı düzməkdə ittiham olunurlar. Həmin terror aktı nəticəsində rəsmi məlumata əsasən, 99 nəfər ölmüş, 500 nəfər isə yaralanmışdı.

Ankara şəhəri Tibb Palatası əməkdaşlarının məlumatına görə isə terror nəticəsində 106 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi