Terrorçu PKK üzvləri Türkiyənin Fransanın Bordo şəhərindəki konsulluğuna basqın edib

Terrorçu PKK üzvləri Türkiyənin Fransanın Bordo şəhərindəki konsulluğuna basqın edib Fransa polisi terrorçuların bu hərəkətini laqeydcəsinə kənardan seyr edib
Region
8 Fevral , 2016 16:26
Terrorçu PKK üzvləri Türkiyənin Fransanın Bordo şəhərindəki konsulluğuna basqın edib

Bakı. 8 fevral. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının üzvləri Fransanın Bordo şəhərindəki Türkiyə baş konsulluğunun binasına basqın edib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçular Türkiyə bayrağını endirib, yerinə PKK qruplaşmasının rəhbərinin portretini və bayrağını asıblar.

Məlumata görə, 100 nəfərlik qrup əvvəlcə baş konsulluğun binasının qarşısında Türkiyə əleyhinə şüarlar söyləyiblər. Bunun ardınca onlar diplomatik missiyanın binasından asılan Türkiyə bayrağını endirərək, yerinə terrorçuların rəmzi olan parçanı asıblar.

Xəbərə əsasən, Fransa polisi terrorçuların bu hərəkətini laqeydcəsinə kənardan seyr edib. 

Son xəbərlər

Orphus sistemi