Təhlükəsizlik Şurası: Gürcüstan Azərbaycan qarşısında beynəlxalq öhdəliklərini yerinə yetirir

Təhlükəsizlik Şurası: Gürcüstan Azərbaycan qarşısında beynəlxalq öhdəliklərini yerinə yetirir “Uzun illər boyu Gürcüstan tərəfi qonşuları - Azərbaycan və Ermənistan qarşısında öz beynəlxalq öhdəliklərini yerinə yetirib və yerinə yetirməkdə davam edir”.
Region
3 Oktyabr , 2020 12:09
Təhlükəsizlik Şurası: Gürcüstan Azərbaycan qarşısında beynəlxalq öhdəliklərini yerinə yetirir

“Uzun illər boyu Gürcüstan tərəfi qonşuları - Azərbaycan və Ermənistan qarşısında öz beynəlxalq öhdəliklərini yerinə yetirib və yerinə yetirməkdə davam edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.

Sənəddə qeyd olunub ki, Gürcüstanın tranzit funksiyası hər iki ölkənin iqtisadiyyatlarının inkişafı üçün əsas faktordur:

“Bu da təbii olaraq Gürcüstanın da maraqlarına uyğundur. Bu gün Gürcüstanda tranzit rejimində Azərbaycan və Ermənistan da daxil olmaqla istənilən istiqamət üzrə mülki yük daşımaları fasiləsiz və təhlükəsiz həyata keçirilir. Daşımaların intensivliyi yüksəkdir və bu göstərici hərbi münaqişənin bərpasından sonra dəyişməyib. Qeyd etmək lazımdır ki, münaqişənin eskalasiya anından Gürcüstan mülki yük daşımalarına heç bir məhdudiyyət tətbiq etməyib və etməyəcək. Eyni zamanda Azərbaycan və Ermənistan arasında davam edən hərbi əməliyyatlara görə Gürcüstan hökuməti eskalasiya başlayan kimi öz ərazisi vasitəsilə hər iki tərəfə həm quru, həm də hava yolu ilə hərbi yük daşımalarına icazələrin verilməsini müvəqqəti dayandırıb. Bu barədə tərəflər məlumatlandırılıb. İstənilən digər beynləlxalq tranzit daşımaları ilə bağlı Gürcüstan tərəfi bütün beynəlxalq öhdəliklərini yerinə yetirir”.

Bəyanatda vurğulanıb ki, ümumi maraq hərbi qarşıdurmaya tezliklə son qoymaq və bölgədə sülhü bərpa etməkdir.

Son xəbərlər

Orphus sistemi