TBMM sədri: "Türkiyə yenidən Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır"

TBMM sədri: "Türkiyə yenidən Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır" “Müharibənin davam etdiyi bir vaxtda xarici işlər nazirlərinin Antalyada diplomatiya masası arxasına əyləşmələri uğurdur. Bu, vacib başlanğıcdır. Qarşıdakı günlərdə də belə müzakirələrə ev sahibliyi etməyə hazırıq. Belarusda baş tutan müzakirələri də dəst
Region
140
16 Mart , 2022 12:26
TBMM sədri: Türkiyə yenidən Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır

“Müharibənin davam etdiyi bir vaxtda xarici işlər nazirlərinin Antalyada diplomatiya masası arxasına əyləşmələri uğurdur. Bu, vacib başlanğıcdır. Qarşıdakı günlərdə də belə müzakirələrə ev sahibliyi etməyə hazırıq. Belarusda baş tutan müzakirələri də dəstəkləyirik”

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

“Rusiyanın Ukraynaya hücumu qəbuledilməzdir. Hücumların dayandırılması üçün təşəbbüs göstəririk. Bu müharibənin qalibi olmayacaq. Əksinə, xalqlar itirəcək. Axan qanın, göz yaşının dayandırılması hər birimizin prioritetidir. Bunun üçün atəşkəsin təmin olunmasına çalışırıq. Belarusda baş tutan müzakirələri də dəstəkləyirik. Dediyim kimi, yeganə hədəfimiz sülh və sabitlikdir”, - bildirib.

Son xəbərlər

Orphus sistemi