Tbilisini zibilləyənlər cərimə olunacaq

Tbilisini zibilləyənlər cərimə olunacaq Gürcüstan paytaxtının küçələrində xüsusi müfəttişlər növbə çəkəcək
Region
24 Mart , 2017 14:18
Tbilisini zibilləyənlər cərimə olunacaq

Bakı. 24 mart. REPORT.AZ/ Aprelin 3-dən etibarən Tbilisidə (Gürcüstan) küçələrdə nəzərdə tutulmayan yerlərdə məişət və digər növ tullantıların atılmasına görə fiziki və hüquqi şəxsləri cərimə etmək səlahiyyətinə malik xüsusi müfəttişlər növbə çəkəcək.

“Report” gürcü mətbuatına istinadən xəbər verir ki, bununla əlaqədar ötən gün "Tbilservisqrup"un baş ofisində müfəttişlərlə görüş keçirilib. 

Gələn həftədən etibarən onlar piyada reydləri həyata keçirmək üçün hazırlıqlara başlayacaq.

Aprelin 3-dən etibarən növbəti iki həftə ərzində müfəttişlər əhalini zibili konteynerlərə atmağa çağıracaq və şəhərdə təmizliyin pozulmasına görə nəzərdə tutulan sanksiyalar barədə onlara məlumat verəcək.

Son xəbərlər

Orphus sistemi