Gürcüstanda xüsusi əməliyyatlar keçirilib, 10 nəfər saxlanılıb

Gürcüstanda xüsusi əməliyyatlar keçirilib, 10 nəfər saxlanılıb Gürcüstanın paytaxtı Tbilisinin bir neçə rayonunda xüsusi əməliyyatlar keçirilir.
Region
15 Dekabr , 2021 12:30
Gürcüstanda xüsusi əməliyyatlar keçirilib, 10 nəfər saxlanılıb

Gürcüstanın Tbilisi və digər şəhərlərində həyata keçirilən genişmiqyaslı xüsusi əməliyyatlar zamanı 10 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Həmin şəxslər “oğru dünyası” ilə əlaqələrdə ittiham olunurlar. Onların arasında keçmiş deputat Teymuraz Jorjolianinin oğlunun da olduğu bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi əməliyyatlarla bağlı hələ rəsmi açıqlama yaymayıb.

09:08

Gürcüstanın paytaxtı Tbilisinin bir neçə rayonunda xüsusi əməliyyatlar keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bir neçə nəfərin saxlanıldığı barədə məlumatlar yayılıb.

Həmin şəxslərin “oğru dünyası” ilə əlaqəli olduğu bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin xüsusi əməliyyatlarla bağlı məlumat yayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi