Tbilisidə girovların hamısı buraxılıb, basqınçı həbs olundu

Tbilisidə girovların hamısı buraxılıb, basqınçı həbs olundu Gürcüstanın paytaxtı Tbilisinin Tsereteli metrostansiyası yaxınlığında yerləşən mikromaliyyə təşkilatının ofisinə silahlı şəxs basqın edib.
Region
20 Noyabr , 2020 20:20
Tbilisidə girovların hamısı buraxılıb, basqınçı həbs olundu

Tbilisidə mikromaliyyə təşkilatında girov saxlanılan şəxslərin hamısı azad edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, silahlı basqınçı həbs olunub.

20:05

Tbilisidə mikromaliyyə təşkilatında girov saxlanılan şəxslərin bir neçəsi sərbəst buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, basqınçı ilə danışıqlardan sonra 6 girov azad edilib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, ümumilikdə 11 nəfər girovluqda olub.

Hazırda girovluqda 5 nəfər qalır.

19:16

Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın edərək 9 nəfəri girov saxlayan şəxs tələblər irəli sürüb.

“Report”un yerli bürosu xəbər verir ki, o, Gürcüstan parlamentinin təcili iclasının çağırılmasını tələb edib.

Tələblərə əsasən, qanunverici orqan ölkədə azart oyunların qadağası, kredit üzrə faizlərin 7 %-dək endirilməsi və medikamentlərin qiymətlərinin aşağı salınması barədə qərarlar qəbul etməlidir.

Basqınçının içkili vəziyyətdə olduğu bildirilir.

Təhlükəsizlik baxımından yaxınlıqda yerləşən mağaza və digər kommersiya obyektləri bağlanıb. Mikromaliyyə təşkilatının yerləşdiyi binanın sakinləri də təxliyə olunub.

18:01

Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın edən şəxs 9 nəfəri girov götürüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Patrul Polis Xidmətinin rəisi Vaja Siradze bildirib.

Onun sözlərinə görə, hazırda xüsusi əməliyyat davam etdirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı qarət və qanunsuz olaraq odlu silah gəzdirmə maddələri üzə operativ istintaq tədbirlərinə başlanılıb.

17:42

Gürcüstanın paytaxtı Tbilisinin Tsereteli metrostansiyası yaxınlığında yerləşən mikromaliyyə təşkilatının ofisinə silahlı şəxs basqın edib.

“Report”un yerli bürosu xəbər verir ki, əraziyə polis qüvvələri cəlb olunub.

Yayılan məlumatlara əsasən, basqınçı 10 nəfəri girov götürüb.

Son xəbərlər

Orphus sistemi