Tbilisidə keçirilən beynəlxalq konfransda Ermənistanda faşizmin dəstəklənməsi pislənilib - FOTO

Tbilisidə keçirilən beynəlxalq konfransda Ermənistanda faşizmin dəstəklənməsi pislənilib - FOTO Tbilisi. 26 mart. REPORT.AZ/ Tbilisidə keçirilən Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü ərəfəsində faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə. Tarixi ədalət yoxsa təhlükəli tendensiyalar? mövzusunda beynəlxalq konfrans başa çatıb.
Region
26 Mart , 2018 18:49
Tbilisidə keçirilən beynəlxalq konfransda Ermənistanda faşizmin dəstəklənməsi pislənilib - FOTO
Foto: "Report"

Tbilisi. 26 mart. REPORT.AZ/ Tbilisidə keçirilən "Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü ərəfəsində faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə. Tarixi ədalət yoxsa təhlükəli tendensiyalar?" mövzusunda beynəlxalq konfrans başa çatıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Cənubi Qafqazda sülhün bərqərar olması, təhlukəli tendensiyalara qarşı mübarizə metodlarının müzakirə olunduğu konfransda millətçiliyin, separatizmin və faşizmin törətdiyi təhlukəli tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb. 

Bəyannamədə faşizmə və faşizmin dövlət səviyyəsində təbliğinə qarşı birgə mübarizənin əhəmiyyəti vurğulanır, konfrans iştirakçılarının faşizmə qarşı mübarizə ilə bağlı BMT-nin müvafiq sənədlərini müdafiə etdikləri xüsusi qeyd olunur.

Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistandan olan ekspertlərin, Böyük Vətən Müharibəsi veteranlarının, tarixçi alimlərin, ictimai fəalların, habelə Don kazaklarının iştirak etdiyi tədbirdə Ermənistanda faşizmin dövlət səviyyəsində dəstəklənməsi qətiyyətlə pislənib, Qaregin Njde kimi faşizm havadarlarının qəhrəmanlaşdırılmasına qarşı kəskin çıxışlar olub, Qaregin Njdenin Yerevanın mərkəzindəki abidəsinin dağıdılması kimi təkliflər səslənib.

Sonda konfransın bəyannaməsi qəbul olunub.

Son xəbərlər

Orphus sistemi