Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında gənc azərbaycanlı dramaturq Pərvin Nurəliyevanın "Mən öləndə ağlama" əsərinin motivləri əsasında hazırlanmış tamaşanın təqdimatı olub.
"Report"un yerli bürosu xəbər verir ki, psixoloji dram janrında olan tamaşanın süjet xəttini "Leyla" adlı bir xanımın ağır həyatı təşkil edir.
Əsərin müəllifi Pərvin Nurəliyeva deyib ki, dünyanın hər bir yerində qadın problemləri aktual olaraq qalır: "Qadınların həyatda üzləşdiyi problemlər, keçirdiyi çətinliklər olduqca aktual məsələlərdir. Tamaşanın əsas qəhrəmanı "Leyla"nın timsalında qadın həyatının incəliklərini göstərməyə çalışdıq. Düşünürəm ki, gürcü və azərbaycanlılar arasında olan bağlar əsrlərə dayanır. Bu tamaşa indi də aktualdır"
Onun sözlərinə görə, əsər bir neçə dəfə festivallarda qalib olub.
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri Turqay Vəlizadə bildirib ki, kollektiv tamaşanın hazırlanmasına 2 ay sərf edib: "Tamaşa qastrol səfərlərində də nümayiş etdiriləcək. Hazırda aktyorlar tamaşanın gürcü və rus dillərində də hazırlayırlar"
Qeyd edək ki, tamaşada Heydər Əliyev adına Tbilisi qeyd Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyor və aktrisaları - Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə Həsənova və Fuad İsfahanlı, Turqay Vəlizadə rol alıblar. Tamaşanın rəssamı isə Nino Kitiadır.