Tbilisidə Azərbaycanın Milli Musiqi Günü qeyd olunub

Tbilisidə Azərbaycanın Milli Musiqi Günü qeyd olunub Tbilisidə Azərbaycan Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib.
Region
628
18 Sentyabr , 2020 19:59
Tbilisidə Azərbaycanın Milli Musiqi Günü qeyd olunub

Tbilisidə Azərbaycan Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə açıq havada kiçik konsert proqramı təqdim olunub.

Muzeyin əməkdaşı Leyla Əliyeva öncə Milli Musiqi Gününün tarixindən bəhs edib. O, bu gün Üzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümünün tamam olduğunu bildirib. L.Əliyeva dahi bəstəkarın zəngin yaradıcılığından və Azərbaycan milli musiqi sənətinə verdiyi əvəzsiz töhfələrdən danışıb.

Onun sözlərinə görə, pandemiya səbəbindən builki tədbir fərqli formatda və məhdud qonaq sayı ilə təşkil olunub.

Nəriman Nərimanov xatirə muzeyinin həyətində baş tutan konsertdə Rasim və Ramin Pirməmmədov qardaşları ionika və tarda Azərbaycan milli və caz musiqilərini ifa ediblər. Nargilə Mehtiyeva sazda mahnılar səsləndirib, “Ceyran” rəqs ansamblının solistləri Nairə Paşayeva və Niyaz Paşayev “Naz eləmə”, “Uzundərə” və “Sarı gəlin” rəqslərini təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi