Tacikistanda qar uçqunu nəticəsində 9 nəfər ölüb

Tacikistanda qar uçqunu nəticəsində 9 nəfər ölüb Tacikistanın Dağlıq Bədəxşan vilayətində baş vermiş qar uçqunu nəticəsində 9 nəfər ölüb.
Region
15 Fevral , 2023 15:41
Tacikistanda qar uçqunu nəticəsində 9 nəfər ölüb

Tacikistanın Dağlıq Bədəxşan vilayətində baş vermiş qar uçqunu nəticəsində 9 nəfər ölüb.

"Report" “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, itkin düşmüş daha bir neçə nəfərin axtarışları davam etdirilir. Xəsarət almış 12 nəfər şəhər xəstəxanasına yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qar uçqunu Xoroq şəhərində 22 yaşayış binasını uçurub, onlardan 4-ü tamamilə, 18-i isə qismən dağılıb.

Bundan başqa, Əfqanıstan konsulluğunun binasına da ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi