Tacikistanda dağlarda azmış rusiyalı turistlərə yardım etmək üçün gedən xilasedici helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Turoperatorlar Assosiasiyası yayıb.
Qəzaya uğrayan “Mi8” helikopteri Taciksitan Sərhəd Qoşunlarına məxsusdur.
İlkin məlumata görə, pilot ölüb, helikopterin göyərtəsindəki 4 xilasedici isə yaralanıb. Yaralılar Düşənbəyə təxliyə olunurlar.
Xatırladaq ki, iyulun 28-də Rusiyadan olan 7 turistin Taciksitan ərazisində azması ilə bağlı həyəcan siqnalı verilib. Onların axtarışı davam etdirilir.