Ermənistan ordusunun hərbçisi Suriyada yaralanıb
Region
- 08 mart, 2019
- 05:45
Bakı. 8 mart. REPORT.AZ/ Ermənistan ordusunun minaaxtaranı Suriyanın minadan təmizlənməsi zamanı yaralanıb.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.
O, yaralanan erməni hərbçinin kimliyi barədə məlumat verməyib.
Qeyd edək ki, cari il fevralın 8-də Suriyaya Ermənistan silahlı qüvvələrinin 83 hərbçisi humanitar yardım dəstəsinin tərkibində göndərilib. Onlar Suriyadakı Rusiya hərbi heyətinin tərkibində fəaliyyət göstərir.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti Suriyada Ermənistanın Rusiya ilə əməkdaşlığına etirazını bildirmişdi.
Son xəbərlər
09:10
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (31.03.2026)
Maliyyə09:05
"Global Terrorism Index 2026": Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır
Digər09:00
Azərbaycan U-21 millisi Bolqarıstanla səfər oyununa çıxır
Futbol08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (31.03.2026)
Maliyyə08:53
ABŞ və İsrailin hücumlarından sonra Tehranın şərqindəki bir neçə ərazi işıqsız qalıb
Region08:33
İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
Daxili siyasət08:20
Bakıda 14 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:06
XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Xarici siyasət08:00