Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada davam edən “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatının 94-cü günü baş verən döyüşlər nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub, 5-i yaralanıb.
“Report” DHA-ya istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Suriya "Azadlıq ordusu"nun 4 əsgəri də həlak olub, 25-i isə yaralanıb.
Türkiyə Silahlı Qüvvələri terrorçu İŞİD qruplaşmasının 101 hədəfini havadan və qurudan atəşə tutaraq, məhv edib.