Sorğu: Nikol Paşinyanın rəhbərlik etdiyi blok daha çox rəğbət qazanır

Sorğu: Nikol Paşinyanın rəhbərlik etdiyi blok daha çox rəğbət qazanır “Mənim addımım” bloku parlament seçkiləri ərəfəsində keçirilən rəy sorğusunda səslərin 22,9 faizini toplayaraq birinci yerdədir
Region
29 May , 2021 16:27
Sorğu: Nikol Paşinyanın rəhbərlik etdiyi blok daha çox rəğbət qazanır
Nikol Paşinyan

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku parlament seçkiləri ərəfəsində keçirilən rəy sorğusunda səslərin 22,9 faizini toplayaraq birinci yerdədir.

“Report” xəbər verir ki, MPG sorğu mərkəzinin hesabatına görə, ikinci yerdə iştirakçıların 17,5 faizinin rəğbət göstərdiyi ölkənin sabiq prezidenti Robert Köçəryanın başçılıq etdiyi “Hayastan” bloku, üçüncü yerdə isə 3,8 faizlə Qagik Tsarukyanın rəhbər olduğu mühafizəkar Firavan Ermənistan Partiyası tutur.

Xatırladaq ki, ötən ilin noyabr ayında Qarabağda uğradıqları məğlubiyyətdən sonra Ermənistanda başlayan siyasi böhran nəticəsində siyasi qüvvələr növbədənkənar seçkilər keçirmək barədə razılığa gəliblər. Prezident Armen Sərkisyanın qərarı ilə seçkilər iyunun 20-nə təyin olunub.

Son xəbərlər

Orphus sistemi