Rusiya və Türkiyə XİN başçılarının görüşü başa çatıb - YENİLƏNİB

Rusiya və Türkiyə XİN başçılarının görüşü başa çatıb - YENİLƏNİB Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görüşün konstruktiv keçdiyini və regional məsələləri müzakirə etdiklərini söyləyib
Region
156
1 İyul , 2016 13:50
Rusiya və Türkiyə XİN başçılarının görüşü başa çatıb - YENİLƏNİB

Bakı. 1 iyul. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında Soçidə keçirilən görüş başa çatıb. 

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

İnformasiyaya görə, danışıqlar 40 dəqiqə davam edib. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görüşün konstruktiv keçdiyini və regional məsələləri müzakirə etdiklərini söyləyib. 

*** 13:03

Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlunun görüşü keçirilir. 

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

İnformasiyaya görə, iki nazirin danışıqları üçün 40 dəqiqə ayrılıb.

Görüşdə ikitərəfli əlaqələrin bərpası və Suriya məsələsinin müzakirə edildiyi ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi