Şmıqal: “Ukrayna və Aİ 18 milyard avroluq yardımın ayrılmasına dair memorandum imzalayıb”

Şmıqal: “Ukrayna və Aİ 18 milyard avroluq yardımın ayrılmasına dair memorandum imzalayıb” Ukrayna və Avropa İttifaqı (Aİ) Kiyevə 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsi haqqında memorandum imzalayıb.
Region
16 Yanvar , 2023 15:12
Şmıqal: “Ukrayna və Aİ 18 milyard avroluq yardımın ayrılmasına dair memorandum imzalayıb”

Ukrayna və Avropa İttifaqı (Aİ) Kiyevə 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsi haqqında memorandum imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal tviterdə məlumat verib.

“Bu həftə 3 milyard avronun köçürüləcəyini gözləyirik”, - o qeyd edib.

Ukrayna Baş naziri əlavə edib ki, bu yardım gələcəkdə makroiqtisadi sabitliyin qorunmasına yardım göstərəcək.

Son xəbərlər

Orphus sistemi