Gürcüstanda parlament seçkilərinin nəticələrini tənqid edən Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri yerli hökumətin Brüsseldən deyil, xalq tərəfindən seçildiyini həzm edə bilmirlər.
“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Tbilisiyə səfəri zamanı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
"Avropanın 13 xarici işlər naziri hələ də demokratiyanın xalqın iradəsi olduğunu həzm edə bilmir", - o vurğulayıb.
P.Siyartonun sözlərinə görə, 13 xarici işlər naziri bir daha sübut etdi ki, liberal əsas cərəyana görə, ölkədə demokratiya yalnız liberal partiya seçkilərdə qalib gələndə mövcud olur.
Daha əvvəl Almaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya da daxil olmaqla Avropa məsələləri üzrə Aİ ölkələrinin nazirləri "seçkilər zamanı aşkar edilmiş pozuntular səbəbindən" Gürcüstandakı vəziyyətdən narahat olduqlarını bildiriblər.