Sinirlioğlu: "İŞİD-lə mübarizə məqsədi ilə Türkiyə hərbi plan hazırlayıb"

Sinirlioğlu: "İŞİD-lə mübarizə məqsədi ilə Türkiyə hərbi plan hazırlayıb" "Rəsmi Ankara terrorçu İŞİD qurplaşması ilə mübarizə məqsədi ilə hərbi plan hazırlayıb"
Region
6 Noyabr , 2015 03:15
Sinirlioğlu: İŞİD-lə mübarizə məqsədi ilə Türkiyə hərbi plan hazırlayıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bəyan edib ki, rəsmi Ankara terrorçu İŞİD qurplaşması ilə mübarizə məqsədi ilə hərbi plan hazırlayıb.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Şimali İraqa səfər edən Sinirlioğlu bildirib ki, Ankaranın planı yaxın günlərdə həyata keçirilə bilər.

"Biz, İŞİD təhlükəsinə qarşı birgə addımlar atmalıyıq. Ancaq eyni zamanda Suriyada da problemlər öz həllini tapmalıdır. Çünkü Suriya münaqişəsi ancaq demokratik prinsiplər əsasında həll oluna bilər", - deyən Türkiyənin XİN başçısı, Suriya prezidenti Bəşər Əsədi "diktator" adlandırıb.

PKK (Kürd Fəhlə Partiyası) təşkilatı məsələsinə toxunan nazirin sözlərinə görə, "silahlı mübarizə səylərinə siyasətlə cavab vermək olmaz". "PKK bütün kürdləri təmsil etmir. Bu təşkilat alternativ fikirlərin müzakirə sinə də şarait yaradmır", deyə XİN rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi