Sergey Narışkin Ukraynanın əks-hücum əməliyyatlarının uğursuz olduğunu deyib

Sergey Narışkin Ukraynanın əks-hücum əməliyyatlarının uğursuz olduğunu deyib Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatlarının uğursuz olduğunu deyib.
Region
14 Dekabr , 2023 13:58
Sergey Narışkin Ukraynanın əks-hücum əməliyyatlarının uğursuz olduğunu deyib
Sergey Narışkin

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatlarının uğursuz olduğunu deyib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Belarusun paytaxtı Minskdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 19-cu iclasının iştirakçıları ilə görüşdə jurnalistlərə açıqlamasında deyib.

“Ukrayna uğursuzluğa düçar oldu. Biz bunu belə qiymətləndiririk. Ukrayna döyüş meydanında heç bir uğur əldə etməyib. Ukrayna həm canlı qüvvə, həm də hərbi texnika baxımından ciddi itkilər verib”, - o qeyd edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi