Sergey Lavrov: "Xaricdə hərbi bazaların yaradılması Rusiya üçün məqsəd deyil"

Sergey Lavrov: "Xaricdə hərbi bazaların yaradılması Rusiya üçün məqsəd deyil" Bakı. 25 dekabr. REPORT.AZ/ Moskvanın xaricdə hərbi bazalar yaratmaq məqsədi yoxdur.
Region
25 Dekabr , 2017 13:20
Sergey Lavrov: Xaricdə hərbi bazaların yaradılması Rusiya üçün məqsəd deyil
Rusiya xarici işlər naziri Sergey Lavrov / Report/ Elshan Baba

Bakı. 25 dekabr. REPORT.AZ/ "Moskvanın xaricdə hərbi bazalar yaratmaq məqsədi yoxdur".

"Report" xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz bəzi dövlətlərdən fərqli olaraq hərbi ekspansiyanın tərəfdarı deyilik. Hərbi gücü yeritmək üçün xaricdə, o cümlədən Latın Amerikasında bazalar yaratmaq bizim üçün məqsəd deyil", - o deyib.

Nazir vurğulayıb ki, Moskva NATO-nun Rusiya ilə sərhəd yaxınlığında hərbi infrastrukturu artırmasından və ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsindən ciddi narahatdır.

Son xəbərlər

Orphus sistemi