Senat: "Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət olaraq tanımağa çağırırıq"

Senat: "Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət olaraq tanımağa çağırırıq" ABŞ Senatı Dövlət Departamentində Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı müharibələrə görə Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət olaraq tanımağa çağıran qətnamə qəbul edib.
Region
28 İyul , 2022 16:00
Senat: Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət olaraq tanımağa çağırırıq
Foto: "AP"

ABŞ Senatı Dövlət Departamentində Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı müharibələrə görə Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət olaraq tanımağa çağıran qətnamə qəbul edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Konqresinin saytı yayıb.

Bildirilib ki, sənəddə Rusiya hakimiyyəti terror kampaniyası aparmaqda, ikinci Çeçenistan müharibəsində mülki vətəndaşlara qarşı güc tətbiq etməkdə, Suriyaya havadan zərbə endirməkdə, 2014-cü ildən Ukraynanın Donbas bölgəsində separatçılığı dəstəkləməkdə ittiham olunur.

“ABŞ Senatı Vladimir Putinin (Rusiya Prezidentini nəzərdə tutur - red.) tapşırığı əsasında Rusiya hakimiyyətinin atdığı addımları terror aktlarına sponsorluq olaraq dəyərləndirir”, - sənəddə vurğulanıb.

Qətnamədə Senatın ABŞ dövlət katibinə Rusiya Federasiyasını terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etməyə çağırışı da yer alıb.

Son xəbərlər

Orphus sistemi