Səfir: "Türkiyə Suriyada hərbi əməliyyatları terror təhdidi aradan qalxanadək davam etdirəcək"

Region
  • 25 yanvar, 2018
  • 11:34
Səfir: Türkiyə Suriyada hərbi əməliyyatları terror təhdidi aradan qalxanadək davam etdirəcək
Report

Tbilisi. 25 yanvar. REPORT.AZ/ "Türkiyə Suriyada hərbi əməliyyatları terror təhdidi aradan qalxanadək davam etdirəcək". 

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan yanvarın 25-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyanın Afrin bölgəsində "Zeytun budağı" adı altında başlatdığı antiterror əməliyyatı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həyata keçirilir: "Bu əməliyyat Suriyada yaşayan kürd xalqına qarşı deyil, terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olan PYD və YPG-yə qarşı yönəlib. Bu, Türkiyənin yalnız Suriyada sülhün təmin olunmasına dəstək əməliyyatıdır". 

Səfir deyib ki, PKK beynəlxalq səviyyədə tanınmış terror təşkilatıdır: "Bu təşkilat artıq öz hüdudlarından kənara çıxaraq daha geniş ərazilərdə terror aktları həyata keçirməyə başlayıb. Bu da Türkiyəni ciddi narahat edir. Çünki bu terror aktları Türkiyə üçün də bir təhdiddir".