Belarusla Avropa İttifaqı yaxın vaxtlarda vizasız rejim tətbiq edəcək

Region
  • 11 fevral, 2019
  • 11:38
Belarusla Avropa İttifaqı yaxın vaxtlarda vizasız rejim tətbiq edəcək

Bakı. 11 fevral. REPORT.AZ/ Belarusla Avropa İttifaqı (Aİ) arasında vizasız rejim tətbiq etmək üçün son addımı atmaq qalır.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin Belarusdakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin “Tut.by”ya müsahibəsində bildirib.

“Biz güzəştli təklif irəli sürmüşük. Məncə, son addım olacaq. Yaşıl işıq yanandan sonra biz tərəfdən proseduru başa çatdırmaq üçün 2-3 ay vaxt lazımdır. Avropa İttifaqı bu barədə sazişləri imzalamaq üçün əlindən gələni edir. Bu, bizim mənafeyimizə uyğundur”, - A.Viktorin vurğulayıb.

44 - Tezliklə