İran səfiri: "Azərbaycan-İran-Rusiya sammiti region üçün mühüm əhəmiyyət daşıyır"

İran səfiri: "Azərbaycan-İran-Rusiya sammiti region üçün mühüm əhəmiyyət daşıyır" Azərbaycan, İran və Rusiya dövlət başçılarının görüşü region üçün mühüm əhəmiyyət kəsb edir.
Region
1 May , 2019 14:31
İran səfiri: Azərbaycan-İran-Rusiya sammiti region üçün mühüm əhəmiyyət daşıyır

"Azərbaycan, İran və Rusiya dövlət başçılarının görüşü region üçün mühüm əhəmiyyət kəsb edir".

Bunu “Report”un sualına cavab verərkən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.

“Bu sammit Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsüdür. İndiyədək rəsmi Bakı və Tehranda olmaqla iki görüş keçirmişik, növbəti dəfə Rusiyada keçiriləcək. Bunlar istər siyasi, iqtisadi baxımdan, istərsə də regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etməklə, dostluq münasibətlərinin gücləndirilməsi, yeni-yeni sazişlər bağlamaq üçün münbit zəmin yaradır. Xalqlarımızın xeyrinə olan bu ənənənin davam edəcəyinə inanırıq”, – diplomat deyib.

O, hazırda dəmir yolu, elektrik enerjisi və başqa sahələrə aid bir sıra üçtərəfli sazişlərin qüvvədə olduğunu diqqətə çatdırıb.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin növbəti sammitin avqust ayında keçiriləcəyini bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi