Şalva Papuaşvili: Gürcüstan Prezidenti xoş niyyət nümayiş etdirib istefa verməlidir

Şalva Papuaşvili: Gürcüstan Prezidenti xoş niyyət nümayiş etdirib istefa verməlidir Gürcüstan Prezidenti xoş niyyət nümayiş etdirib istefa verməlidir.
Region
30 İyul , 2024 18:53
Şalva Papuaşvili: Gürcüstan Prezidenti xoş niyyət nümayiş etdirib istefa verməlidir

Gürcüstan Prezidenti xoş niyyət nümayiş etdirib istefa verməlidir.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Prezident Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanunla bağlı iddia ilə Konstitusiya Məhkəməsinə müraciətinə belə cavab verib.

“Xarici agentlər haqqında" qanunla bağlı iddia ilə Konstitusiya Məhkəməsinə müraciət etməklə Gürcüstan Prezidenti onun legitimliyini tanıyıb və əgər siyasi ləyaqəti varsa, istefa verməlidir”, - Ş.Papuaşvili bildirib.

O qeyd edib ki, müxalifət cəmi bir neçə ay əvvəl Konstitusiya Məhkəməsinin hakimlərini müxtəlif epitetlərlə çağırdı: "İmpiçment qərarının legitimliyini şübhə altına almaq üçün hakimləri az qala qul elan etdilər və bu gün ədalət üçün həmin hakimlərə müraciət edirlər”.

Son xəbərlər

Orphus sistemi