Şalva Papuaşvili: Donor təşkilatları Gürcüstanda terroru adi hala çevirirlər

Şalva Papuaşvili: Donor təşkilatları Gürcüstanda terroru adi hala çevirirlər Donorlar Gürcüstanda artıq terror təhlükəsi deməkdir
Region
11 İyun , 2024 14:51
Şalva Papuaşvili: Donor təşkilatları Gürcüstanda terroru adi hala çevirirlər

Donorlar Gürcüstanda terror təhlükəsi deməkdir.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, son bir neçə gündə Avropa İttifaqı büdcəsindən maliyyələşən üç QHT-nin nümayəndələri parlament üzvlərini hədələyib, təhdid və təhqirlə məruz qoyub, deputata hücum ediblər.

“Donor təşkilatları maliyyələşdirdikləri təşkilatların siyasi ekstremizmini görmədiklərini iddia edərək Gürcüstanda terroru adi hala çevirirlər. Görünür ki, guya “qəzəblənmiş vətəndaşlar”ın iştirakı ilə media üçün səhnələşdirilən bu "teatr" əslində məqsədlidir. Bu Avropa adına həyata keçirilən siyasi motivli terror kampaniyasıdır”, - deyə Papuaşvili sosial şəbəkədəki səhifəsində yazıb.

Son xəbərlər

Orphus sistemi