Sabah Duma Mixail Mişustinin Rusiyanın baş naziri vəzifəsinə təyinatı məsələsinə baxacaq

Sabah Duma Mixail Mişustinin Rusiyanın baş naziri vəzifəsinə təyinatı məsələsinə baxacaq Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinə ölkənin baş naziri vəzifəsini təklif edib.
Region
15 Yanvar , 2020 20:53
Sabah Duma Mixail Mişustinin Rusiyanın baş naziri vəzifəsinə təyinatı məsələsinə baxacaq

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinə ölkənin baş naziri vəzifəsini təklif edib.

"Report" xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidmətindən məlumat verilib.  

Bildirilib ki, V.Putin Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini tutmağı təklif edib. M.Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.

Rusiya Dövlət Duması yanvarın 16-da M.Mişustinin ölkənin baş naziri təyin ediməsi məsələsinə baxacaq. 

Son xəbərlər

Orphus sistemi