Rusiyanın səhiyyə naziri COVID-19-un yeni ştamı ilə bağlı xəbərdarlıq edib

Rusiyanın səhiyyə naziri COVID-19-un yeni ştamı ilə bağlı xəbərdarlıq edib “COVID-19-un yeni mutasiyası əvvəlkilərdən daha aqressivdir və daha sürətli yayılır”.
Region
10 Noyabr , 2021 20:10
Rusiyanın səhiyyə naziri COVID-19-un yeni ştamı ilə bağlı xəbərdarlıq edib

“COVID-19-un yeni mutasiyası əvvəlkilərdən daha aqressivdir və daha sürətli yayılır”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.

“Əhali arasında ağırlaşma halları daha çoxdur. Ona görə də tibbi xidmət sistemi müəyyən dəyişikliklərə məruz qalır”, - deyə o bildirib.

M.Muraşko xəstəlikdən qorunmağın ən yaxşı yolunun peyvənd olduğunu söyləyib: "Ağırlaşmalar arasında vaksin olunanlar 0,03 faizdən azdır".

Qeyd edək ki, indiyədək Rusiyada əhalinin 52 faizi peyyvəndlənib.

Son xəbərlər

Orphus sistemi