Rusiyanın müdafiə və xarici işlər nazirləri deputat mandatından imtina ediblər

Rusiyanın müdafiə və xarici işlər nazirləri deputat mandatından imtina ediblər Rusiyanın müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov deputat mandatında imtina ediblər.
Region
29 Sentyabr , 2021 13:54
Rusiyanın müdafiə və xarici işlər nazirləri deputat mandatından imtina ediblər

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov deputat mandatında imtina ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının qərar layhəsində bildirilib.

Qeyd edək ki, Vahid Rusiya Partiyasının qurultayında ölkə Prezidenti Vladimir Putin seçki siyahısında ilk 5 yerin adlarını açıqlamışdı: müdafiə naziri və partiyanın qurucularından biri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Kommunarka xəstəxanasının baş həkimi Denis Prosenko, Rusiya uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətlisi Anna Kuznetsova və Ümumrusiya Xalq Cəbhəsinin həmsədri Yelena Şmeleva.

Sergey Şoyqu və Segey Lavrovla yanaşı, Yelena Şmeleva və Denis Prosenko da mandatı qəbul etməyib.

Son xəbərlər

Orphus sistemi