Rusiyanın müdafiə naziri Ukraynanın hücumlarına görə Qərbi ittiham edib

Rusiyanın müdafiə naziri Ukraynanın hücumlarına görə Qərbi ittiham edib Qərb kuratorları Ukrayna Silahlı Qüvvələrinin əhəmiyyətli itkilərinə baxmayaraq, Kiyevdən hücuma keçməyi tələb edir.
Region
30 May , 2023 14:32
Rusiyanın müdafiə naziri Ukraynanın hücumlarına görə Qərbi ittiham edib
Sergey Şoyqu

"Ukrayna Silahlı Qüvvələrinin əhəmiyyətli itkilərinə baxmayaraq, Qərb kuratorları Kiyevdən hücuma keçməyi tələb edirlər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.

O, Ukrayna Silahlı Qüvvələrinin son bir ayda 16 mindən çox hərbi qulluqçu, 16 təyyarə, 466 PUA və 400-dən çox tank itirdiyini iddia edib.

Müdafiə nazirinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri isə xüsusi əməliyyat zamanı aviasiyadan istifadəni təkmilləşdirir, yeni texnika və silahları mənimsəyir.

S.Şoyqu həmçinin Qərb silahlarının Ukraynaya çatdırılma marşrutlarına Rusiya qoşunlarının nəzarət etdiyini və onlara zərbələr endirdiyini açıqlayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi