Rusiyanın ən böyük elmi-araşdırma mərkəzində yanğın olub

Rusiyanın ən böyük elmi-araşdırma mərkəzində yanğın olub Rusiyanın Sankt-Peterburq şəhərinin Moskva rayonunda araşdırma üzrə elmi-texniki və yüksək texnologiyalı məhsul istehsal edən “Zaslon” adlı mərkəzdə böyük yanğın olub.
Region
134
15 Mart , 2022 16:32
Rusiyanın ən böyük elmi-araşdırma mərkəzində yanğın olub

Rusiyanın Sankt-Peterburq şəhərinin Moskva rayonunda araşdırma üzrə elmi-texniki və yüksək texnologiyalı məhsul istehsal edən “Zaslon” adlı mərkəzdə böyük yanğın olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı fövqəladə hallar xidmətinin nümayəndəsi yayıb.

Bildirilib ki, ilkin məlumata görə, yanğın 200 kvadratmetrdən artıq ərazini əhatə edib.

Hadisə nəticəsində yaralananların sayı dəqiqləşdirilir.

Qeyd edək ki, “Zaslon” Səhmdar Cəmiyyəti informasiya və avtomatlaşdırılan idarəetmə sistemləri, proqram təminatı, ölçmə cihazları və mikroelektronikanın inkişafı, istehsalı və təchizatı sahəsində təcrübəyə malik ən böyük elmi-texniki mərkəzdir.

Müəssisə inkişaf etmiş infrastruktura və yaxşı təchiz olunmuş istehsal sahələrinə malikdir. Orada 1500-dən çox yüksək ixtisaslı mütəxəssislər -alimlər, konstruktorlar, mühəndislər, proqramçılar və istehsalatçılar işləyir.

Şirkətin unikal yüksək səmərəli və texnoloji inkişafa malik, Rusiya Federasiyasında analoqu olmayan müxtəlif seriyalı məhsulları var.

“Zaslon”ASC müxtəlif iqlim şəraiti, mexaniki təsirlər, tətbiqlər üçün məhsullar hazırlayır və kütləvi istehsal edir.

Son xəbərlər

Orphus sistemi