​Rusiyanın baş naziri Yerevandadır

​Rusiyanın baş naziri Yerevandadır Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması da planlaşdırılır
Region
180
7 Aprel , 2016 14:49
​Rusiyanın baş naziri Yerevandadır

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanda səfərdədir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya hökuməti administrasiyasından bildirilib.

Məlumata görə, o, Ermənistan prezidenti Serj Sarqsyan və baş nazir Ovik Abramyanla görüş keçirəcək.

Görüşdə energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq, eləcə də Avroasiyaya inteqrasiyanın möhkəmlənməsi kimi məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Rusiya və Ermənistan arasında bir sıra sənədlərin imzalanması da planlaşdırılır.