“Ermənistan “humanitar böhranı” imitasiya etməyə çalışır və bunun üçün anti-Azərbaycan qətnaməsinin qəbuluna can ataraq BMT Təhlükəsizlik Şurasına müraciət edib”.
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarı yanlış və hiyləgərcəsinə atılmış addımdır: “Bu, əslində, onun əsas müttəfiqlərini, yəni Avropa İttifaqı və Fransanı daha fəal mövqeyə təhrik etmək üçün “humanitar böhranı” imitasiya etməsindən başqa bir şey deyil”.
Ekspert vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadənin qarşısını məhz Ermənistan alır.