Bakı. 10 fevral. REPORT.AZ/ Moskvanın Lefortov məhkəməsi Rusiya Qara dəniz Donanmasının hərbçisi Sergey Minakovu "casusluqda" ittiham edərək, onun nəzarətə götürülməsi barədə qərar çıxarıb.
"Report" "BBC"yə istinadən edərək xəbər verir ki, bunu məhkəmənin mətbuat katibi bildirib.
O, deyib ki, "casusluğa" görə maksimum 20 il azadlıqdan məhrumetmə cəzası kəsilə bilər.
Xəbərə görə, S.Minakovun cinayət işi "Gizli" qriftli materiallara aiddir.