​Rusiyadan Türkiyəyə çarter reyslərin bərpasının tarixi açıqlanıb

​Rusiyadan Türkiyəyə çarter reyslərin bərpasının tarixi açıqlanıb Türkiyə Mülki Aviasiyası Baş İdarəsi cəmi 17 reysin həyata keçiriləcəyini bildirib
Region
107
1 İyul , 2016 17:10
​Rusiyadan Türkiyəyə çarter reyslərin bərpasının tarixi açıqlanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Rusiyadan Türkiyəyə çarter aviareysləri iyulun 7-dən bərpa olunacaq.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Mülki Aviasiyası Baş İdarəsinin "Twitter" səhifəsində bildirilib.

İdarənin məlumatına görə, cəmi 17 reys həyata keçiriləcək.

İnfromasiyaya əsasən, Rusiyanın turist agentlikləri indi öz müştərilərini Moskvadan Türkiyənin kurort şəhərlərinə daşımağı təklif edir. İyulun 2-dən "TEZ Tour" firması Türkiyəyə uçuş planlaşdırıb. 

Son xəbərlər

Orphus sistemi