Rusiyadan külli miqdarda qızıl qaçırmaq istəyən erməni həbs edildi

Rusiyadan külli miqdarda qızıl qaçırmaq istəyən erməni həbs edildi Rusiyanın Saxa Respublikasında (Yakutiya) Ermənistandan gələn şəxsdən 11 milyon rubl (284 000 AZN) dəyərində qızıl müsadirə olunub.
Region
4 Mart , 2020 10:21
Rusiyadan külli miqdarda qızıl qaçırmaq istəyən erməni həbs edildi

Rusiyanın Saxa Respublikasında (Yakutiya) Ermənistandan gələn şəxsdən 11 milyon rubl (284 000 AZN) dəyərində qızıl müsadirə olunub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, 3 kq təbii qızılı satış məqsədi ilə Yakutiyadan çıxartmaq istəyib.

Məlumata görə, ona qarşı cinayət işi açılıb.

Qeyd edək ki, Yakutiya Rusiyanın almaz, qızıl, qaz, kömür, gümüş və mis çıxarılma mərkəzi sayılır. 

Son xəbərlər

Orphus sistemi